Məzmuna keç
Pravda.az — xəbər portalı
Cəmiyyət

Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub

1 016
Paylaş:
Azərbaycanda 6 körpəyə Nikol adı qoyulub

Son 5 ildə Azərbaycanda yeni doğulan 6 uşağa Nikol adı qoyulub.

Pravda.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyi məlumat verib. Nazirliyin məlumatına görə, Nikol adı verilən körpələrin 2-si 2018-ci ildə, 2-si 2019-cu ildə, 2-si isə 2020-ci ildə doğulub.

Qeyd edək ki, Azərbaycanda Nikol adı məhz 2018-ci ildən sonra tanınmağa başlayıb. Buna səbəb elə həmin ilin mayında Ermənistanda Nikol Paşinyanın hakimiyyətə gələrək, baş nazir seçilməsi olub. Nikol adı xüsusilə 2020-ci ildə  - 44 günlük Vətən müharibəsi dövründə daha "populyarlaşdı". Həmin vaxt Azərbaycanda hətta erməni baş nazirə meyxana da qoşublar.

Ədliyyə Nazirliyinin məlumatına görə, son 5 ildə Azərbaycanda 7 uşağa Nikoloz, 3 uşağa Nikolay, 1 uşağa isə  Nikolas adı verilib.

Modern.az

Paylaş:

Ən son xəbərlər