Bakıda əvvəlcə keçmiş həyat yoldaşını daha sonra özünü qətlə yetirən 44 yaşlı Rasim Xəlilovun hadisəni hansı şəkildə törətdiyi məlum olub.
Adının açıqlanmasını istəməyən şahidlərdən biri saytımıza bildirib ki, hadisəni 20-30 metr kənardan görüb: “Uşaqların məktəbdən çıxan vaxtı idi. Ətrafda valideynlər, uşaqlar var idi. İlk silah səsini eşidəndə dərhal həmin tərəfə baxdım. Gördüm ki, yerdə meyit var. Kişi birinci qadını vurub. Daha sonra gördüm ki, kişi silahı "zaryajat" edir. Elə bildim, yanındakı uşağı vurmaq istəyir. Amma gördüm ki, özünü çənəsindən vurub öldürdü. Səhv etmirəmsə, onların uşaqları idi. Qara rəngdə tüfəngdən bir az balaca silahla vurmuşdu".