Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudovla qohumluq münasibətləri olub.
"Mən obyektimi satışa çıxartmışdım. Maqsudun problemi vardı, məndən qohumluq xatirinə borca pul istədi. Mən də obyektimi təklif etdim. Maqsud isə obyekti satıb pulunu ələ keçirdi", - zərəçəkmiş vurğulayıb.
M.Mahmudov zərərçəkmiş Aslan Qəhrəmanovdan 120 min manat almasına aydınlıq gətirib.
O deyib ki, A.Qəhrəmanovu 2009-cu ildən tanıyır:
"O vaxtı bir məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istədilər. Nazirlikdə məndən bir "Gallendevagen" və 250 min manat tələb etdilər, əks halda həbs edəcəkdilər. Aslanla kirvə idik, ondan 120 min manat borc istədim. Aslan da sağ olsun, dedi ki, obyektim var, onu sat, pulu götür. Həmin obyekti 250 min manata istədilər. Aslan isə 450 min manata satırdı. Mənə bildirdi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq.