Ukraynada Rusiyanın başladığı müharibə ikinci aydır ki, davam edir. İnsanlar müharibənin necə bitəcəyini öyrənmək üçün təkcə politoloqları deyil, həm də gələcəyi proqnozlaşdıra bilən ekstrasensləri dinləyirlər.
Gürcüstanın ən məşhur öncəgörəni Leli Kakuliyanın Ukrayna və Rusiya haqqında peyğəmbərliyi “Duanın gücü” YouTube kanalında yayılıb.
Pravda.az onun əsas 6 mesajını təqdim edir.
1. Ukrayna azad və müstəqil ölkə olaraq qalacaq
Ukrayna nə Avropanın, nə ABŞ-ın, nə də Rusiyanın tabeçiliyində olmayacaq.
“Ukrayna ruslar olmadan böyük qüdrətli dövlətə çevriləcək. Ukraynanın yeni hökuməti dünyaya böyük sürprizlər hazırlayacaq, dünya siyasəti çox gərgin olacaq”, - Leli Kakuliya deyir.
2. Putinin qanlı planı reallaşmır
Sovet respublikalarının birləşdirilməsi planı baş tutmayacaq. Hakimiyyət öz cinayətlərini gizlədəcək, lakin bu, uzun sürməyəcək.
3. Zelenski Rusiyaya qarşı amansız olacaq