Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında ikinci üçtərəfli görüşün keçirildiyi zaman bəzi mühacirlər təxribata cəhd ediblər.
Pravda.az-ın xəbərinə görə, onlar görüş keçirilən binanın önündə aksiya keçirmək istəyiblər. Özünü müxalifətçi adlandıran Tural Sadıqlı və Elşad Məmmədovun Azərbaycan üçün tarixi və taleyüklü məsələnin müzakirəsi zamanı bu cür hərəkət etməsi yalnız tərbiyəsizlik yox, həm də xəyanətkarlıqdır.
Bu səfəri gözdən salmaq, gündəmi dəyişmək cəhdi - onsuz da heç nəyə nail olmadılar, sadəcə, öz tərbiyələrini, iç üzlərini göstərdilər. Yerevandakı mitinqlə bu səviyyəsiz dəstənin çığır-bağırı eynidir, kimlərə işləyirlər bunlar?
Görünür, tapşırığı ermənilərdən, onların havadarlarından alıblar.
Sapı özümüzdən olan baltalar yenə iş başında