Rusiya Liberal Demokrat Partiyası fraksiyasının rəhbəri Vladimir Jirinovskinin dəfn olunacağı yer və tarix bəlli olub.

Pravda.az xəbər verir ki, bu barədə məlumatı Dövlət Dumasının Mətbuat xidməti yayıb. 

Jirinovski aprelin 8-i Novodeviçye qəbiristanlığında dəfn olunacaq.

Mərasimin Bakı vaxtı ilə 15:00-da başlayacağı gözlənilir.

Xatırladaq ki, Vladimir Jirinovski aprelin 6-sı 75 yaşında dünyasını dəyişib. 

Qafqazinfo