"Bakı şəhər DYP əməkdaşlarının Bayraq Meydanından Azneft dairəsinədək olan yolda tıxac yaranan kimi “İnturist” mehmanxanasından Bayıla qalxan yolda pusquda durduqları barədə dəfələrlə məlumat vermişəm. Dünən axşam yenə tıxac vaxtı bir neçə nəfər DYP əməkdaşlarının motosikllə həmin yerdə dayandıqlarını gördüm. Onlarla söhbət etdiyim zaman heç cür başa sala bilmədim ki, əsas vəzifələri cərimə yazmaq deyil, nəqliyyat vasitələrinin rahat hərəkət etməsini təmin etməkdir. Polis işçilərinin məhz həmin yerdə dayanması nəqliyyat vasitələrinin ərazi üzrə paylaşmasını əngəlləyib daha çox tıxac yaradır. Qeyd edim ki, polisin bu yanaşması hər sahədə eynidir. Onlar özlərini DYP-dən çox vergi işçiləri kimi aparırlar".
Pravda.az xəbər verir ki, bu fikirləri tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
"Onlar özlərini DYP-dən çox vergi işçiləri kimi aparırlar" - Aslan İsmayılov
"Maraqlısı da odur ki, həmin ərazinin Səbail rayonuna aid olmasına baxmayaraq orada bir dəfə də rayonun DYP əməkdaşlarını görmədim. Görünür məhz bu sahə şəhər DYP-nin obyektidir" - A.İsmayılov əlavə edib.
Nadir