Məzmuna keç
Pravda.az — xəbər portalı
Hadisə

Masallıda 2 il əvvəl qadını öldürən şəxs məhkəmə qarşısında

1 146
Paylaş:
Masallıda 2 il əvvəl qadını öldürən şəxs məhkəmə qarşısında

Masallıda 2 il əvvəl qətl törətməkdə təqsirləndirilən Şəhriyar Tapdıqovun cinayət işi üzrə ibtidai istintaqş yekunlaşıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, iş baxılması üçün Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Aqil Musayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası aprelin 20-nə təyin edilib.

Qeyd: 4 sentyabr 2020-ci ildə saat 10 radələrində Masallı rayonunun Hüseynhacılı kəndinin ərazisində 2 aprel 1962-ci il təvəllüdlü Şəmmədova Aidə Ağadadaş qızının yaşadığı evdə başına küt alətlə vurularaq qətlə yetirilməsi faktı ilə bağlı Baş Prokurorluğun İstintaq İdarəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Lakin cinayəti törətmiş şəxsin müəyyən edilməsi mümkün olmayıb.

Peşəkar prokurorluq və polis əməkdaşlarından ibarət olan istintaq-əməliyyat qrupu tərəfindən həyata keçirilmiş kompleks istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri ilə zərərçəkmişin həmkəndlisi 5 may 1992-ci il təvəllüdlü Tapdıqov Şəhriyar Əliyar oğlunun 4 sentyabr 2020-ci ildə Aidə Şəmmədovanın  yaşadığı evə tamah niyyəti ilə daxil olaraq  sonuncunu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

29 yanvar 2022-ci ildə Şəhriyar Tapdıqov şübhəli şəxs qismində tutulub. Sonuncu istintaqa verdiyi ifadəsində törətdiyi cinayət əməlini etiraf etməklə cinayətin alətini təqdim edib.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər