Səbail rayonu ərazisində yerləşən gecə klubunda baş vermiş partlayış zamanı xəsarət alanlardan daha bir nəfər vəfat edib.
Gülbala Abdullayev adlı şəxs bu gün vəfat edib.
TƏBİB-dən məlumatı təsdiqləyiblər: "Gülbala Abdullayev müalicə aldığı özəl tibb müəssisəsində dünyasını dəyişib. Onun vəziyyəti kritik ağır olaraq qiymətləndirilirdi".
Məlumatda həmçinin qeyd edilib ki, mərhum özəl tibb müəssisində müalicə alırmış:
"Səbail rayonu ərazisində yerləşən obyektdə baş vermiş partlayış zamanı xəsarət alanlardan hazırda TƏBİB-in tabeli tibb müəssisələrində müalicə alan yoxdur.
Yaralılar yaxınlarının iltizamnaməsi əsasında bir neçə gün əvvəl Respublikada fəaliyyət göstərən özəl tibb müəssisələrinə köçürülüb".
Qeyd edək ki, Gülbala Abdullayev partlayış baş verən gecə klubunda aşpaz olaraq çalışıb.