Baş Prokurorluq Səbail rayonu ərazisində gecə klubunda baş verən partlayışda xəsarət alan şəxslərdən daha birinin ölməsi faktına münasibət bildirib.
Baş Prokurorluq gecə klubundakı partlayışla bağlı daha bir məlumat yaydı
Mətbuat xidmətindən verilən məlumata görə, aprelin 3-də gecə klubunda baş verən partlayış nəticəsində xəsarət alanlardan biri - 2001-ci il təvəllüdlü Abdullayev Gülbala Etiqad oğlu xəstəxanada ölüb. Hazırda həmin cinayət işi üzrə istintaq davam edir.