Qatillərin cinayəti törədərkən hansı hiss yaşadığını öyrənmək marağı 15 yaşlı qıza o qədər güc gəldi ki... Bu maraq onu bir körpənin qatilinə çevirdi... 14 yaşlı edam məhkumu - Taleyin qara gəlişi, uğursuz başlanğıclar...
Pravda.az lent.az-a istinadla uşaq simasında qaniçən qatillərə çevrilənlərin hekayələrini təqdim edir.
"Qatillərin necə hiss etdiyini öyrənmək istəyirdim"
Alice Bustamantın hekayəsi çoxlarını kədərləndirib. O acımasızlığı ilə bütün dünya mətbuatının diqqətini çəkmişdi. Ömrünün ən gözəl çağında, 15-ci ilində qatil oldu. Özü də nə üçün? Cavab daha kədərlidir: "Qatillərin necə hiss etdiyini öyrənmək istəyirdim".
Alice Bustamant
15 yaşlı qız kiçik qonşusunu öldürərək meyiti gizlədib.
Alice Bustamant qətl üçün böyük plan qurub. Və ən əsası da cinayəti törətməyin doğru vaxtını seçmək üçün xeyli gözləyib. Qətli əvvəlcədən planlaşdırıb və 2009-cu il oktyabrın 21-də qonşu qızı müqavimətsiz vəziyyətdə tapa bilir. Əvvəlcə ona hücum edib və boğmağa başlayıb, sonra bıçaqla boğazını kəsib. Bununla da ürəyi soymayıb, qurbanını bıçaqlamağa başlayıb. Və o zaman qurbanının cəmi 9 yaşı var idi.
Balaca Elizabetin yoxa çıxmasından sonra polis axtarışlara başlayır. Bu zaman ip ucları Alice gedib çıxır. Polis yeniyetməni dindirəndən sonra artıq cinayət işi ilə bağlı etiraflar gəlir. O, qətlə yetirdiyi 4-cü sinif şagirdinin cəsədini harada gizlətdiyini söyləyir.
Alice Bustamant
Cəsəd meşəlik ərazidən tapılır. 15 yaşlı qızın bu cür planlı qaydada qətl törətməsi, sonradan cəsədi məharətlə gizlətməsi ətrafdakıları şoka salmışdı.



