Müğənni Əbdül Xalid "Səhər mərkəzi" proqramında qonaq olarkən verdiyi açıqlamasına görə tənqid edilib.
Pravda.az xəbər verir ki, sənətçi şiddəti dəstəkləyib. O bildirib ki, uşaq vaxtı dəfələrlə döyülüb:
"Atam məni nadir hallarda vurub. İlk dəfə yeddinci sinifdə oxuyanda tutarlı şillə vurub. Haqqımda çox şikayət var idi, o da deyirdi özünü ağıllı apar. Bir dəfə qapını bərk vurdum.
Şiddətin tərəfdarıyam. Demirəm, apar əlini qazın üstünə bas. Amma uşağın şilləsi olmalıdır".
Xalidin bu fikirləri sosial şəbəkədə paylaşılaraq tənqid edilib.
"Şiddətin tərəfdarıyam" - Əbdül Xalid