Rusiya Xarici İşlər Nazilriyinin sözcüsü Mariya Zaxarova ölkəsinin Ukraynaya qarşı apardığı qanlı və minlərlə günahsız insanın qurban getdiyi müharibəyə qəribə izah verib.
"Onlar borşu belə bölüşmək istəmədilər" - Zaxarova
Onun sözlərinə görə, heç demə, Ukrayna kulinariya sferasında da “nasizm"lə məşğul imiş.
“Onlar hətta kulinariya kitablarını da qadağan etdilər. Niyə? Çünki “borş”u belə bölüşmək istəmədilər. Çünki onların fikrincə, borş yalnız bir millətə, bir xalqa məxsus olmalıdır. Ancaq onun ümumi olması firkini, hər bir evdar qadının borşu özünəməxsus tərzdə bişirə biləcəyi fikrini yaxına belə buraxmadılar. Heç bir kompromissə belə getmək istəmədilər. Bax, bu, elə məhz bizim haqqında danışdığımız ksenofobiyadır, nasizm və bütün növləri ilə ekstrmizmdir".