Ukrayna Prezidenti Volodimir Zelenski 41 gün fərqlə kollaj edilmiş fotosundan danışıb.

Pravda.az xəbər verir ki, o, bu barədə “Bild” nəşrinə bildirib.

"Bunlar iki fərqli insandır. Bu (Zelenskinin dəyişikliyi - red.) ölkəmizə xeyir verir. Amma əmin deyiləm... Mən bu adama (müharibədən əvvəlki kimi - red.) qayıdacağam", - deyə, Zelenski cavab verib.

Jurnalist Ukrayna Prezidentindən gecə gözlərini yumanda nə gördüyünü soruşub.

"Heç nə görmürəm. Yatmaq çox çətindir. Sonuncu dəfə nə vaxt yaxşı yatdığımı xatırlamıram", - Ukrayna lideri cavab verib.

Qeyd edək ki, Zelenskinin yorğun olduğunu və 41 gün ərzində dəyişdiyini əks etdirən foto Buça qətliamından sonra həmin şəhərə səfəri zamanı lentə alınıb.

Qafqazinfo