Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 28 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Pravda.az-a verilən məlumata görə, Azərbaycanda indiyədək ümumilikdə 792216 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 782293 nəfər müalicə olunaraq sağalıb, 9703 nəfər vəfat edib, aktiv xəstə sayı 220 nəfərdir.