Fransada prezident seçkilərinin birinci turunda Emmanuel Makron və ultra sağçı Milli Birlik Partiyasının lideri Marin Le Pen öndədir.
Bu barədə Belçikanın “LaLibre” nəşri əldə etdiyi exit-poll məlumatlarına istinadən məlumat yayıb.
Belə ki, son məlumatlara görə, Makron 24,7 faiz, Le Pen 23,5 faiz səs toplayır. Digər namizəd, Jan-Lük Melanşona seçicilərin 19%-i səs verib.