Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrlik etdiyi prosesdə zərərçəkmiş Aslan Qəhrəmanovun dindirilməsi davam edib. O deyib ki, Maqsud Mahmudov vətəndaşların qızıllarını banka girov qoyub pul götürüb: "Həmin qızılları Maqsud tanış adamların şəxsiyyət vəsiqələri ilə bankdan pul çıxarıb camaata verirdi, pul qazanırdı. Mən qızıllarımı Maqsudun arvadına vermişəm. Bunlar ailəlikcə dələduzdu".
Maqsud Mahmudov Aslan Qəhrəmanovun ifadəsinə münasibət bildirən zaman məhkəmə zalında gərgin anlar yaşanıb.