“İyirmi yeddi il Mərkəzi Bank kimi quruma rəhbərlik edəsən, amma tarixdə devalvasiyadan 24 saat əvvəl, “devalvasiya olmayacaq, manat dəyərdən düşməyəcək” cümləsi ilə qalasan, ağır dərddir… Həyatımın son 10-12 ilini həm də o şəxsin dediklərini analiz etməyə həsr etmişdim, onun “ictimai tərcüməçisi” idim. İndi gedir”.
Natiq Cəfərli: “Elman Rüstəmovun “ictimai tərcüməçisi” idim”
Pravda.az xəbər verir ki, bunu REAL Partiyasının İdarə Heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli bildirib.
“Ümid edirəm yeni gələn gənc kadrı “tərcümə” etmək lazım olmayacaq. Yeni gələn özünü göstərmək üçün Mərkəzi Bank kimi vacib qurumda tələsik addımlar atmayacaq” – o qeyd edib.