Azərbaycanın yeni rəqəmsal imzası SİMA artıq identifikasiya vasitəsi olaraq tətbiq edilməyə başlanıb.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin “AzInTelecom” qurumunun məhsulu olan SİMA ilk olaraq “PAŞA Bank”ın sisteminə inteqrasiya olunub. Artıq bu bankda bir sıra əməliyyatları, sənəd imzalanmasını SİMA üzərindən reallaşdırmaq mümkündür.
Atılan addımlar Azərbaycanda rəqabətli elektron imza mühitinin yaranması üçün olduqca faydalıdır.
Xatırladıram ki, hazırda mobil imza sektorunda bizdə uzun illərdir ki, inhisarçılıq var.
ASAN Xidmətə dəxli olmayan, xarici vətəndaşa məxsus olan ASAN İmza sistemi xeyli müddətdir Azərbaycanın rəqəmsal sektorunda hökmran mövqe tutub və hər il də bu imzadan istifadə ilə bağlı qiymətlər artmaqda davam edir.
Ümid edirəm SİMA –nin tətbiqi ilə bağli işlər sürətlənəcək.