“Yalnız bizdə və seriallarda görmək olur belə hadisələri: deməli, yığışıb deyib-gülmək əvəzinə başqasının pulunu, yatağını, görünüşünü müzakirə, qeybət etmək və böhtan atmaq, plan qurub kiminsə arasın vurmaq, intriqa yaratmaq, hardansa burmaq, oyun qurmaq və sair. Bunları edənlərin çoxu da tanınmış, üzdə olan hətta uğurlu insanlardır”.
"Başqasının pulunu, yatağını, görünüşünü..." - Nura Suri
Pravda.az xəbər verir ki, bunu müğənni Nura Suri deyib.
“Bir çürümüş meyvəni saf meyvələrin arasında saxlayanda hamısı çürüməyə başlayır. Cəmiyyətimiz də hazırda bu vəziyyətdədir. Çoxunu kompleksləri boğur, qalanlarını paxıllıq. Çox az adam var ki, adekvat və saf düşüncəlidir. Şou-biznesdə isə deyə bilərəm ki, yeganə öz həyatını, sənətini düzgün quran insan Çingiz Mustafayevdir. İnsan öz işiylə, azad ruhu və beyniylə çox rahat yaşayır. Onun rahatlığından hər birimizə arzu edirəm” – N.Suri qeyd edib.