Rusiya yaxın günlərdə defolt elan edə bilər.
Bu barədə "Standard & Poor's" agentliyi məlumat yayıb.
Bildirilir ki, ölkə xarici dövlət borcu üzrə öhdəliklərini yerinə yetirə bilmədiyi üçün bu yolu seçəcək.
Belə ki, rəsmi Moskva borcu rublla qaytarmaq istəyib, lakin kreditorlar Rusiya milli valyutasını dollara konvertasiya edə bilməyəcəkləri üçün bu təklifdən imtina ediblər.
Agentlik onu da bildirir ki, aprelin 4-dən başlayaraq, borcların ödənilməsi üçün rəsmi Moskvaya 30 gün vaxt verilib.