Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Rusiya Mariupolda kimyəvi silahdan istifadə etdi

1 249
Paylaş:
Rusiya Mariupolda kimyəvi silahdan istifadə etdi

“Donetsk Xalq Respublikası”nın nümayəndəsi Eduard Basurin Mariupoldakı “Azovstal” zavoduna basqın zamanı kimyəvi silahdan istifadənin mümkünlüyünü etiraf edib.

Pravda.az xəbər verir ki, bu barədə Basurin brifinqdə bildirib.

"Orada ("Azovstal" zavodunda) yeraltı mərtəbələr var, ona görə də bu obyekti çoxsaylı itkilərlə tutmağın mənası yoxdur. Ona görə də hazırda bu zavodun bloklanması ilə məşğul olmaq, bütün çıxış və girişləri tapmaq lazımdır. Bundan sonra kimyəvi silahdan istifadə etmək olar. Prinsipcə, bunu etmək olar”, - Basurin deyib.

Paylaş:

Ən son xəbərlər