“Vağzalı” filmindən nə qonorar almışdımsa, Qubada xərclədim. Çəkilişlər orada getdi, orada da pulu xərclədim. Az idi, bir az narazılığım oldu. Üç il əvvəl başımı aldadıb çəkdilər”.
Bu sözləri aktyor Elcan Rəsulov verilişlərdən birində deyib.
Elcan bildirib ki, həmkarları yaradıcılıqlarına fasilə verməlidirlər:
“Hər şey adiləşib, yeniliklər etmək lazımdır. Dayanmaq lazımdır. Mən dayandım, həmkarlarda başlayıb. Durub, sıfırdan düşünüb, başqa səmtə doğru hərəkət etmək lazımdır. Bu günə kimi gəldiyimiz yol var idi, müəyyən yumor təqdim edirdik. Dünyada hər şey dəyişir, biz də dəyişməliyik. Bütün yayboyu düşünmək, sentyabrda yenilik etmək lazımdır”.