“Mənə göstərilən ali etimada görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm”.
"Mənə göstərilən ali etimada görə Prezident İlham Əliyevə təşəkkürümü bildirirəm” - Taleh Kazımov
Pravda.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Azərbaycan Respublikasının Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv seçilən Taleh Kazımov deyib.
Taleh Kazımov dövlət başçısı tərəfindən qoyulacaq tapşırıqları və vəzifə öhdəliklərini layiqincə və vaxtı-vaxtında yüksək peşəkarlıqla icra etməyə söz verir: “Bir daha hər birinizə təşəkkür edirəm ki, bu təyinatla bağlı pozitiv rəy verdiniz”.