Məzmuna keç
Pravda.az — xəbər portalı
İqtisadiyyat

Valyutanı xaricdən qaytarmaq istəməyənlərin nəzərinə

2 618
Paylaş:
Valyutanı xaricdən qaytarmaq istəməyənlərin nəzərinə

 Valyuta vəsaitlərini xaricdən qaytarmamağa görə cəzaların əhatə dairəsi genişləndirilir.

Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, xarici iqtisadi fəaliyyətin həyata keçirilməsi nəticəsində əldə edilmiş və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq Azərbaycan Respublikasının müvəkkil edilmiş bankının hesabına məcburi qaydada köçürülməli olan xeyli miqdarda xarici valyuta vəsaitlərini xaricdən qaytarmama üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.

Qüvvədə olan Məcəlləyə əsasən, yalnız təşkilat rəhbərləri xarici valyuta vəsaitlərini qaytarmamağa görə cəzalandırılırdı.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Paylaş:

Ən son xəbərlər