“Söylənilənlər Xalq artistinin şəxsi fikridir. Nə deyə bilərəm ki, məni bir deputat kimi görmək istəməyibsə, Allah canını sağ eləsin”.
Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin keçmiş deputatı Gülər Əhmədova Xalq artisti Faiq Ağayevin onun barəsində söylədiyi fikirlərə cavab olaraq deyib.
G. Əhmədova bildirib ki, o məni xoşlamayıb belə danışırsa, yenə də fikrinə hörmətlə yanaşıram: “İndi Faiq Ağayev öz fikrini bildirib, mənim haqqımda belə düşünür. Siz gedin Yasamalda sorğu keçirin, bəlkə haqqımda yaxşı danışanlar da oldu. Mən Faiq Ağayevə deyə bilmərəm ki, belə düşünmə, özü bilər. Bir insanı hər kəs sevə bilməz ki, təbii, sevməyənləri də olur. Düşünürəm ki, nə deyirsə, əcəb edib deyir. Ürəyi nə istəyir, qoy, danışsın. Onsuz da kim nə olsa danışır, qoy, bu da o danışanlardan olsun”.