Bu gün saat 15 radələrində Azərbaycan Demokratiya və Rifah Partiyasının fəalları Rusiya Federasiyasının ölkəmizdəki səfirliyi qarşısında etiraz aksiyası keçirməyə çalışıblar.
Hadisə yerində olan əməkdaşımızın verdiyi xəbərə görə, aksiya iştirakçılarının məqsədi Rusiyanın Ukraynaya qarşı hərbi təcavüzünə, mülki insanların kütləvi qətlinə səbəb olan hərəkətlərinə etiraz etmək olub.