“Muğan Bank” ASC-nin İdarə Heyətinə (İH) yeni sədr təyin edilib.
Elnur Abbasova vəzifə verildi
Bu vəzifə indiyə qədər sədrin vəzifələrini müvəqqəti icra edən Elnur Abbasova həvalə olunub.
E.Abbasov "Muğan Bank"da 2002-ci ildən çalışıb, bu illər ərzində Bankın Müştərilərə xidmət departamentinin əməliyyatçı mühasibi, Kredit və investisiya departamentinin inspektoru, İstehlak kreditləri şöbəsinin müdiri, Kredit departamentinin direktor müavini, Pərakəndə bankinq və beynəlxalq maliyyə institutları ilə iş departamentinin direktoru, Baş direktoru, İH-nin sədr müavini olub.