Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Putin: “Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir”

2 084
Paylaş:
Putin: “Buçadakı hadisə feykdir, Suriyadakı feykin eynisidir”

“Belarus Prezidenti Aleksandr Lukaşenko Buçadakı təxribatla bağlı sənədləri təqdim edib”.

Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

O, Buçadakı hadisənin saxta olduğunu qeyd edib.

Putin Suriyada da oxşar təxribatların törədildiyini xatırladıb: “Prezident Bəşər Əsədi kimyəvi silahdan istifadə etməkdə ittiham edərək oxşar təxribat törədilmişdi. Sonra məlum oldu ki, bu feykdir. Eyni feyk Buçadadır", - Rusiya lideri vurğulayıb.

APA

Paylaş:

Ən son xəbərlər