Vatikanda Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya ali Papa mükafatının təqdim edilməsini Azərbaycan multikulturalizminin qələbəsinin tanınması hesab edirəm.
Pravda.az-ın xəbərinə görə, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, Dövlət Dumasının deputatı Dmitri Savelyev deyib.
O bildirib ki, Papa cəngavər ordeninin böyük xaçına yalnız dövlət başçıları və yüksək vəzifəli dövlət xadimləri layiq görülür:
“Görüş zamanı Papa Fransisk vurğulayib ki, Azərbaycan həqiqi tolerantlıq nümunəsidir, çünki dövlət uzun müddətdir ki, dünyaya multikulturalizm dəyərləri ixrac edir. Ölkədə çoxsaylı etnos, məzhəb və mədəniyyət nümayəndələrinin birgəyaşayışı və inkişafı üçün bütün şərait yaradılıb. Heydər Əliyev Fondunun reallaşdırdığı “Tolerantlığın ünvanı – Azərbaycan” qlobal layihəsi isə məbədlərin və dini abidələrin təmiri və bərpasına yönəlib”.