Koronavirus təhlükəsinə görə Bakıda fəaliyyət göstərən bəzi şadlıq sarayları qabaqlayıcı tədbirlər həyata keçirəcəklər.
Pravda.az-ın xəbərinə görə, insanların kütləvi şəkildə bir araya gəldikləri yerlərdən biri olan şadlıq evlərində qabaqlayıcı tədbirlərin görülməsində məqsəd bu virusun yayılmasının qarşısını almaqdır. Belə şadlıq saraylarından birinin inzibatçısı Asif Cəfərovun sözlərinə görə, sabahdan etibarən restoranın giriş-çıxışları, eləcə də zal dezinfeksiya olunacaq.