Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Azərbaycan vətəndaşlarına koronavirusla bağlı XÜSUSİ MÜRACİƏT

957
Paylaş:
Azərbaycan vətəndaşlarına koronavirusla bağlı     XÜSUSİ MÜRACİƏT

"Əgər hansısa şəxs koronavirusa yoluxmasından şübhələnirsə, yaxın zamanda səyahətdə olubsa, onda təcili yardıma xəbər verməlidir".

Pravda.az-ın xəbərinə görə, bunu TƏBİB-in Yoluxucu xəstəliklər işçi qrupunun rəhbəri Vasif Əliyev deyib.

Onun sözlərinə görə, həmin şəxsi xüsusi maskada olan həkim gəlib yoxlayacaq, yaxma nümunəsi götürəcək və müvafiq yerlərə göndərəcək: “Həmin nümunə Xüsusi Təhlükəli İnfeksiyalar üzrə Mübarizə Mərkəzinə göndərilir. Lakin hansısa insan özü sərbəst şəkildə gedib yoxlana bilməz, çünki bu zaman qarışıqlıq olar. Həmin şəxsə gərək həkim nəzarət etsin. Ölkədə nə qədər insan var, hər qızdırması olan gedib yoxlansa, qarışıqlıq olar. Gərək təyinatı həkim versin. Koronavirus təhlükəsi olan adamdan yaxma alındıqdan sonra həmin şəxs karantinə alınır”.

Paylaş:

Ən son xəbərlər