İranda koronavirus epidemiyası ilə əlaqədar ölkə üzrə dövlət idarə və müəssisələrində iş saatı azaldılıb.

Pravda.az-ın xəbərinə görə, bunu İran Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cahanpur deyib.

Onun sözlərinə görə, bütün əyalətlərdə dövlət idarə və müəssisələrində iş saatı əyalət başçısının qərarı ilə 2 saat azaldılır.

Qeyd edək ki, İran parlamenti də koronavirus epidemiyası ilə əlaqədar bütün iclaslarını əlavə məlumat verilənədək təxirə salıb. Bundan başqa, ölkə ərazisindəki bütün məktəblərdə 3 gün müddətinə tətil elan olunub.APA