Bu gün Baş Prokurorluq və Daxili İşlər Nazirliyi 7 il əvvəl baş verən dəhşətli qətlin təfərrüatını açıqlayıb. Məlum olub ki, qətldə şübhəli bilinən şəxs, mərhum Səidə Cəfərovanın əmisi oğlu Əfrayıl Məmmədov hadisədən 25-30 gün sonra onun meyitini yandırıb.
Pravda.az xəbər verir ki, əmisi qızını amansızlıqla öldürməkdə təqsirləndirilən Əfrayıl ötən il Xoşqədəm Hidayətqızının verilişinə çıxıb və soyuqqanlı şəkildə Səidənin harada olmasından xəbərsiz olduğunu deyib.
2000-ci il təvəllüdlü Səidənin anası Bibixanım Cəfərovanın iddialarını inkar edən Əfrayıl qızın itkin düşməsindən bir neçə gün əvvəl onunla mübahisə etdiyini və bu zaman ona sadəcə 2 dəfə şillə vurduğunu bildirib: “Mən ona başqa heç nə etməmişəm, deyirlər guya 10 kiloluq dəmirlə vurmuşam, amma bunların hamısı yalandır”.