Bakıda nəğməkar-şair Cəlal Qurbanov tərəfindən döyülən sahibkar Fəhmin Əlizadə açıqlama verib.
Pravda.az-ın məlumatına görə, F.Əlizadə bildirib ki, C.Qurbanovla aralarında barışıq əldə olunub:
“Bir neçə gündür sosial mediada Cəlal Qurbanovun barəsində məlumatlar yayılmaqdadır. Aramızda yaranan anlaşılmazlıq nəticəsində özüm də istəmədən bu hadisədə adı hallanan şəxs oldum.
Qeyd etmək istəyirəm ki, Cəlal Qurbanov ziyalı ailənin övladıdır. Yasamal rayonu, İ.Qutqaşınlı küçəsi, 36 ünvanında yerləşən “Pinachi” kimyəvi təmizləmə mərkəzində onunla işbirliyimiz var və tanışlığımız ərzində həmişə aramızda qarşılıqlı hörmət olub.
Cəlal Qurbanov tərəfindən döyülən sahibkardan açıqlama
Report