Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Robot avtomobil yol polisi tərəfindən saxlanıldı

1 024
Paylaş:
Robot avtomobil yol polisi tərəfindən saxlanıldı

ABŞ-ın San Francisco şəhərində özü hərəkət edən, sürücüsüz avtomobil yol hərəkəti qaydalarını pozduğuna görə polis əməkdaşları tərəfindən saxlanılıb.

Cruice şirkəti tərəfindən sərbəst rejimdə idarə olunan bu robot maşın qaranlıq düşdüyü axşam saatlarında şəhərdə işıqları yandırmadan hərəkət edirmiş.

Sükan arxasında sürücünün olmaması avtomobilə yaxınlaşan polis əməkdaşlarını məəttəl qoyub.

Polislər maşının qapılarını aça bilməyib. Problemin çözülməsi müəyyən vaxt və şirkət rəhbəliyinə zəng edilməsini tələb edib.

Pilotsuz avtomobil texnologiyaları sahəsində fəaliyyət göstərən Cruise şirkəti robot maşının işıqlarının sönmüş halda olmasının səbəbinin əməkdaşlardan kiminsə təsadüfi səhvi ilə izah edib.

Şirkət bildirib ki, robot maşının tanıma sistemi ona yaxınlaşan obyektin polis avtomobilinin olduğunu müəyyən edərək dayanmaq üçün təhlükəsiz yer seçib və dayanıb.

Şirkət belə hallarda polis və digər rəsmi qurumların əməkdaşlarının işini asanlaşdırmaq üçün robot avtomobillə davranış qaydalarını sərgiləyən izahatlı video da hazırlayıb.

BBC

Paylaş:

Ən son xəbərlər