BURADA REKLAMINIZ OLA
BİLƏR

Yaşar Nurinin həyat yoldaşı: "Firəngizi sevməsəydi, onunla ağlamazdı"

“Firəngizi sevməsəydi, onunla ağlamazdı, "Sən yaxşı qızsan, Gülnar" deməzdi”.

 

Pravda.az-ın xəbərinə görə, bunu Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva deyib.

 

R. Nuriyeva bildirib ki, Firəngiz Mütəllimova ilə Yaşar Nurinin tamaşasına saatlarla baxır: “Efirdə onun yaşadığı məhəbbəti qısqana bilmərəm. O tamaşada Firəngizi sevib, sonradan sevgi başında qalıb, ya asta-asta keçib deyə bilmərəm. Biz evlənəndə o mənə üç söz dedi. Bildirdi ki, onlara riayət etməliyəm: karam, koram, lalam. Yaradıcılıqda qısqanclıq olmaz. Hər saniyə onun üçün darıxıram. Elə bilirəm yanımdadır. Elə problemlərlə üzləşirəm ki, deyirəm Yaşar olsaydı, bu, belə olmazdı. Hər kəs onu çox sevirdi. Hara gedirdik, gözləmədiyimiz halda hədiyyə gəlirdi”.

Tarix: 22 Noyabr 2019, 20:41   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin