Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Azərbaycanda koronavirusa yoluxan şəxslə bağlı RƏSMİ MƏLUMAT

947
Paylaş:
Azərbaycanda koronavirusa yoluxan şəxslə bağlı     RƏSMİ MƏLUMAT

Karantində olan şəxslərin sayı ilə bağlı dəqiq məlumat vermək çətindir.

Bu barədə Pravda.az-a Nazirlər Kabineti yanında operativ qərargahdan bildirilib.

"Ancaq xüsusilə bildirmək istəyirik ki, sərhədlərimizdə vətəndaşlarımızın kütləvi şəkildə ölkəyə qayıtması artıq dayanıb. Vətəndaşlarımız artıq geri dönüblər və hal-hazırda kütləvi axın yoxdur. Lakin karantin müddəti bitməyən şəxslərin müşahidə altında saxlanılması davam edir. Bugünkü gündə bu saata qədər karantində olan şəxslərdən götürülən nümunələrdə yeni pozitiv nəticə yoxdur. Əgər hər hansı şəxsdə pozitiv nəticə qeyd olunarsa, bu barədə ictimaiyyət mütləq məlumatlandırılacaq. Koronavirus faktı təsdiqlənmiş Rusiya vətəndaşının vəziyyəti hal-hazırda stabildir, heç bir ağırlaşması yoxdur, dəstəkverici müalicəsi davam edir".

Paylaş:

Ən son xəbərlər