"Bəzi insanlar yayılan yalan - guya ki, Amerikalı iş adamı İlon Maskın 2013-cü ilə aid 1 dollarlıq əskinazları bitkoinlə dəyişəcəyi haqqında məlumatlara aldanaraq əllərində olan 1 dollarlıq əskinazların Mərkəzi Bankın elan etdiyi məzənnədən daha dəyərli olduğunu düşünərək və ya elə olmadığını bilə-bilə, dələduzluq məqsədi ilə bu əskinazları dəyərindən dəfələrlə yuxarı qiymətə müxtəlif satış platformalarında satmağa çalışırlar. Digərləri isə bu əskinazların dəyərli olduğunu düşünərək bunları almağa həvəs göstərir. Bu qətiyyən yol verilməzdir".
Pravda.az xəbər verir ki, bunu investisiyalar üzrə ekspert Orxan Bağırov bildirib.
