“Rusiyanın yenidən Ukraynanı nüvə silahı ilə qorxutması informasiya müharibəsinin elementidir”.
Bunu Ukrayna daxili işlər nazirinin müavini Vadim Denisenko deyib.
“Bizi bir daha qorxudan Rusiyanın nüvə hücumu haqqında. Bu, informasiya müharibəsinin elementidir. Hələlik ruslar Ukraynaya qarşı heç bir informasiya hücumunda uğur qazana bilməyiblər”, - Denisenko bildirib.
Onun sözlərinə görə, təkcə son iki ayda yox, son illərdə Rusiyanın bütün informasiya müharibələrinin məntiqi iki əsas elementə söykənib: panika yaratmaq və ya ölkələri bir-biri ilə üzə qoymaq.
Denisenko söyləyib ki, ruslar müharibənin birinci mərhələsində Ukrayna cəmiyyətini parçalamağa yönəlmiş iki əsas mesajdan istifadə ediblər:
“Birincisi, “kişilərin xarici ölkələrə getməsinə icazə verin” mesajıdır. İkincisi, Moskva Patriarxlığının kilsələrində dini iğtişaşlar törətmək cəhdi ilə bağlıdır”.