Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Britaniyalı evdar qadın “fast food” yeməklə pul qazanır – VİDEO

1 430
Paylaş:
Britaniyalı evdar qadın “fast food” yeməklə pul qazanır –     VİDEO

Böyük Britaniyada artıq çəkidən əziyyət çəkən evdar qadın kamera qarşısında “fast food” yeyərək, yaxşı pul qazanır.

25 yaşlı üç uşaq anası Antonia Qrem uzun müddət müxtəlif pəhrizlərin köməyi ilə arıqlamağa çalışıb. Lakin onların heç biri kömək etməyib.

Qadın öz halını istehza ilə qarşılayıb və bu barədə “TikTok”-da video paylaşıb. Paylaşım 7,6 milyon baxış toplayıb.

Şərhlərdə kimsə ona kamera qarşısında yemək yeməyi təklif edib. O, məsləhətə qulaq asaraq, “OnlyFans”da hesab açıb və həftədə iki dəfə “McDonald's”, KFC və “Dominos” “fast food”larını yediyi videolar yaymağa başlayıb.

Hazırda Qrem bir oturumda üç min kilokalori yeyir və daha da kökəlir. Amma buna dəyər. Belə ki, ödənişli abunəçilər ona ayda 10 min funt sterlinqə qədər gəlir gətirir.

Paylaş:

Ən son xəbərlər