Ümumdünya Səhiyyə Təşkilatı koronavirus xəstəliyinə yoluxma hallarına dair fevralın 28-nə olan məlumatı açıqlayıb.
Pravda.az-ın xəbərinə görə, təşkilatın məlumatına əsasən, son 24 saat ərzində Belarus, Litva, Niderland, Yeni Zelandiya və Nigeriyada koronavirus xəstəliyinə (COVID-19) ilk yoluxma halları qeydə alınıb.
Təsdiqlənmiş yoluxma hallarının sayı:
Dünyada: 83 652 (1 358 yeni);
Çində: 78 961 (331 yeni);