Türkiyədə daşınmaz əmlak müqabilində vətəndaşlıq almaq üçün minimal ödəniş təxminən iki dəfə artırılıb.
İndiyədək 250 min dollarlıq (424,750 AZN) mülk alanlar Türkiyə pasportuna sahib ola bilərdilər. İndi bu rəqəm 400 minə (680,000 AZN) qaldırılıb.
Yeni qaydalar bu həftə qüvvəyə minib. Qanunda boş torpaqlardan tutmuş dükan və evlərə qədər fərqli əmlak almaqla vətəndaşlığın əldə oluna biləcəyi qeyd edilsə də, praktikada müraciət edənlər yeni evlər almağa məcbur olurlar.
Qeyri-rəsmi məlumatlara görə, son uç il ərzində 7 mindən çox iddiaçı bu yolla Türkiyə vətəndaşlığını alıb.
Bu sxemlə pasport alanlar arasında keçmiş sovet respublikalarının vətəndaşları da var, media bildirir.
Daşınmaz əmlak müqabilində vətəndaşlıq almaq şərtləri dəyişdi: 400 min dollarlıq mülk alanlar...