Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

“WhatsApp”da müəyyən insanlardan “gizlənmək” mümkün olacaq

1 152
Paylaş:
“WhatsApp”da müəyyən insanlardan “gizlənmək” mümkün olacaq

Hələ altı ay əvvəl “WhatsApp” komandası mühüm məxfilik funksiyası üzərində işləməyə başlayıb. Yenilik istifadəçilərə tətbiqə sonuncu dəfə nə zaman daxil olduqları barədə məlumatları müəyyən kontaktlardan gizlətmək imkanı verəcək. Hazırda bu funksiyanı beta testerlər üçün istifadəyə verilib.

“WhatsApp”-ın profil şəkilləri və digər məlumatlar üçün də oxşar variantı tətbiq etdiyi bildirilir. Yeniliklərin hər kəs üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

Oxu.az

Paylaş:

Ən son xəbərlər