Zərdabda baş verən yanğında 1 nəfər ölüb.
Hadisə ötən gün saat 22:00 radələrində rayonun Çallı kəndində qeydə alınıb.
Kənd sakini, 1936-cı il təvəllüdlü Faizə Süleymanovaya məxsus 1 mərtəbəli, 3 otaqdan ibarət evdə güclü yanğın baş verib. Ev tamamiilə yanaraq külə dönüb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Zərdab Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.