Məzmuna keç
Pravda.az — xəbər portalı
Sağlamlıq

Koronavirusa görə məktəblər tətilə buraxılır – Gürcüstanda

1 020
Paylaş:
Koronavirusa görə məktəblər tətilə buraxılır –     Gürcüstanda

Gürcüstanda koronavirusun yayılmasına qarşı görülən profilaktik tədbirlər çərçivəsində məktəb tətilinin vaxtı dəyişdirilib.

Pravda.az-ın xəbərinə görə, müvafiq qərar Baş nazir Giorgi Qaxariyanın rəhbərliyi ilə fəaliyyət göstərən Qurumlararası Koordinasiya Qrupu tərəfindən qəbul edilib.

Qərara əsasən, martın 9-dan 16-dək planlaşdırılan tətilin vaxtı martın 2-ə çəkilib.

Qərarın məqsədinin Səhiyyə Nazirliyi tərəfindən məktəblərdə dezinfeksiya işləri aparılması olduğu bildirilir.

Bundan başqa uşaq bağçalarında və ictimai nəqliyyatda dezinfeksiya işləri də intensivləşdiriləcək.

Qeyd edək ki, Gürcüstanda bu gün üçüncü koronavirusa yoluxma halı qeydə alınıb. Ölkədə karantinə alınan şəxslərin 170 nəfər olduğu bildirilir.

Paylaş:

Ən son xəbərlər