İsveçin bir neçə şəhərində antiislam aksiyasına cavab olaraq kütləvi iğtişaşlar üç gündür davam edir.
Danimarkalı ekstremist sağçı partiya “Ştram Kurs”un rəhbəri Rasmus Paludanın Quranı yandırması bir neçə şəhərdə etirazlarla qarşılanıb. Etiraz edənlər Norrşöpinq, Linşöpinq, paytaxt Stokholm və Örebro şəhərlərinin küçələrinə toplaşıblar. Aksiyalar polislə kütləvi toqquşmalar ilə müşayiət olunub. Hətta etirazçılardan biri avtomobili çevik qüvvələrin üzərinə sürüb. Sürücü həbs edilib və qəsdən adam öldürməyə cəhd maddəsi ilə mühakimə olunacaq.

