Məzmuna keç
Pravda.az — xəbər portalı
Dünya

Ermənistanda ara qarışdı - Paşinyan istefa verməlidir

1 479
Paylaş:
Ermənistanda ara qarışdı -     Paşinyan istefa verməlidir

Ermənistan müxalifəti İrəvanın mərkəzində müddətsiz etiraz aksiyası elan edib.

Bu barədə İrəvanın mərkəzindəki Azadlıq meydanındakı mitinqdə müxalifət lideri Artur Vanetsyan bildirib.

Axşam saatlarında polis etirazçıların çadır qurmaq cəhdinin qarşısını alıb və bir neçə nəfəri saxlayıb.

Bundan sonra Vanetsyan hakimiyyətin çadırların qurulmasına icazə verib-verməməsindən asılı olmayaraq, meydanı tərk etməyəcəyini bəyan edib.

Vanetsyan aksiyada "Mən buradan heç yerə getmirəm”, “qeyri-müəyyən etirazlara başlayırıq” kimi şüarlar səsləndirib.

Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq istəyini bildirib.

“Şərəfim var” fraksiyasının lideri və Ermənistan Milli Təhlükəsizlik Şurasının keçmiş direktoru Artur Vanetsyan bunun üçün “yol xəritəsi”nin tərtib olunacağını bildirib.

O,əlavə edib ki, əsas vəzifə Paşinyanın istefasıdır.

Paylaş:

Ən son xəbərlər