İndoneziyada deputat iclas zamanı pornoya baxarkən yaxalanıb.
Pravda.az xəbər verir ki, həmin şəxsin partiyadaşları onun təxribatın qurbanı olduğunu bildiriblər.
İndoneziyanın Demokratik partiyasından olan deputatı Harvi Malayholo iclas zamanı baş verən insidentdən sonra diqqət mərkəzinə düşüb. Qadın tribunadan ölkədə peyvəndləmənin sürəti ilə bağlı hesabat verərkən, kişi telefonunda pornoya baxırmış.
Harvini başqa bir siyasətçi çəkib, sonra videonu internetdə yerləşdirib. Video internetdə yayıldıqdan sonra Malayholonun partiyasının üzvləri həmkarlarının təxribatın qurbanı olduğunu bildiriblər.
"Həmkarımıza "WhatsApp"da link gəlib, onu açanda bu video ortaya çıxıb", - məlumatda qeyd edilir.
Lent.az
Deputat iclasda pornoya baxanda tutuldu