Daxili İşlər Nazirliyi (DİN) Tərtərdə Türkiyə vətəndaşının qayınatasının avtomobilini yandırması faktına münasibət bildirib.
DİN-in mətbuat xidmətinin Bərdə regional qrupundan verilən xəbərə görə, aprelin 17-də gecə saatlarında Türkiyə Respublikasının vətəndaşı Hazret Işık Tərtər rayonunda yaşayan qayınatasının evinə gələrək ona, qayınanasına və həyat yoldaşına küt alətlə müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.